Bank Of Baku

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində elektron xidmətlərin tətbiqinə başlanıb

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində elektron xidmətlərin tətbiqinə başlanıb
# 03 may 2012 09:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gündən Əmlak Məsələləri Dövlət Komitəsində tətbiqinə başlanılan elektron xidmətlər neqativ halları aradan qaldıracaq. “APA-Economics”in məlumatına görə, bunu komitə sədri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, yeni xidmətlər çevikliyə, operativliyə, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə, vaxt itkisinin aradan qaldırılmasına imkan yaradacaq. Eyni zamanda vətəndaşlar onlara lazım olan arayışları elektron xidmətlərdən istifadə etməklə qısa zamanda alacaq, müsadirə olunmuş əmlak hərracları elektron formatda keçiriləcək.

Qanunsuz tikililərin dövlət qeydiyyatına alınması ilə bağlı sualı cavablandıran K.Həsənov qeyd edib ki, bu barədə prezident İlham Əliyevin göstərişindən sonra komitədə ciddi müzakirələr aparılıb: “Biz təkliflərimizi hazırlayaraq hökumətə təqdim etmişik. Hökumət tərəfindən hansı qərar qəbul olunacaqsa, biz onları icra edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR