Bank Of Baku

İsveçrə şirkəti Azərbaycanda tikiləcək vaqon təmiri zavodu ilə bağlı öz xidmətini təklif edib - FOTO

İsveçrə şirkəti Azərbaycanda tikiləcək vaqon təmiri zavodu ilə bağlı öz xidmətini təklif edib - <font color=red>FOTO</font>
# 03 may 2012 10:28 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda dəmir yolunda istismar olunan yük və sərnişin vaqonlarının əsaslı bərpa təmirini həyata keçirmək üçün gələcəkdə iki zavodun tikintisi nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, artıq yerli və xarici şirkətlər bununla bağlı öz xidmətlərini təklif edirlər.

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin rəhbərliyi ilə İsveçrənin “Stadler Rail” şirkətinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Şirkətin MDB dövlətləri üzrə kommersiya direktoru Mattias Şter bildirib ki, 1942-ci ildən fəaliyyət göstərən “Stadler Rail”in əsas inkişaf dövrü 1989-cu ildən başlayır. 4500 işçisi olan şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə vaqonqayırma zavodları fəaliyyət göstərir. Hazırda dünyanın 13 ölkəsinin dəmir yolunda “Stadler Rail” şirkətinin istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları istismar olunur.

Görüş iştirakçılarına “Stadler Rail” şirkətinin istehsalı olan sərnişin qatarlarını, zavodların iş prosesini əks etdirən video-rolik təqdim olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradov qarşılıqlı əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün ikitərəfli görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR