Bank Of Baku

Reza Vəziri Azərbaycanda yeni şirkət yaradıb

Reza Vəziri Azərbaycanda yeni şirkət yaradıb
# 03 may 2012 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın İKT bazarında «Intertelecom» adlı yeni şirkət qeydiyyatdan keçib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Intertelecom» MMC aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkət 10 manat nizamnamə kapitalı ilə təsis edilib. «Intertelecom»un təsisçisi isə ABŞ vətəndaşı Reza Vəziridir.

Qeyd edək ki, R.Vəziri Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin («Azerbaijan International Mining Company») prezidentidir. Bu şirkət Azərbaycanda qızıl hasilatı ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR