Bank Of Baku

Gələn ay Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Gələn ay Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin görüşü keçiriləcək
# 03 may 2012 13:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Gələn ay Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi üzrə növbəti görüşü keçiriləcək.

APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım məlumat verib.

Onun sözlərinə görə, danışıqlar yekunlaşmaq üzrədir.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR