Bank Of Baku

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrinin məcmu gəlirləri I rübdə 18% artıb

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrinin məcmu gəlirləri I rübdə 18% artıb
# 04 may 2012 10:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeçiliyində olan birlik və müəssisələr üzrə 76,4 mln. manat proqnoza qarşı 81,9 mln. manat gəlir əldə edilib ki, bu da proqnozla müqayisədə 7,2%, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 18% çoxdur.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 41,7 mln. manat investisiya qoyuluşu həyata keçirilib. Ümumiyyətlə, 2012-ci ilin I rübündə sektora 84,9 mln. manat investisiya qoyulub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur və ölkə iqtisadiyyatına qoyulan investisiyanın 4%-ni təşkil edir.

Qeyd edək ki, Nazirlik üzrə 2012-ci ilin I rübü ərzində 62 yeni iş yeri açılıb. Cari ilin aprelin 1-nə Nazirliyin birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 310,2 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çoxdur. Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əmək haqqı 647,2 manat, poçt sektorunda isə 208,4 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR