Bank Of Baku

«Nar Mobile» abunəçiləri taksidən 4 qəpiyə istifadə edəcəklər

«Nar Mobile» abunəçiləri taksidən 4 qəpiyə istifadə edəcəklər
# 04 may 2012 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti mayın 7-16-da abunəçilərinə üzərində «Nar Mobile» yazısı və loqosu olan taksilərə 4 qəpik ödəməklə bir istiqamətdə taksi xidmətindən istifadə etmək imkanı yaradır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu xidmətdən paytaxt sakinləri, həmçinin «Eurovision-2012» mahnı müsabiqəsi ərəfəsində ölkəyə təşrif buyuran turistlər də yararlana biləcək.
Qeyd edək ki, mayın 5-də saat 17:00-da «Azərbaycan» kinoteatrının qarşısında bununla bağlı təqdimat mərasimi keçiriləcək. Mərasimdə «Nar Mobile» tərəfindən yarışmalar keçiriləcək və hədiyyələr paylanacaq. Bundan başqa, DJ-lər və məşhur şoumenlərin iştirakı ilə keçirilən tədbirdə maraqlı sürprizlər təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR