Bank Of Baku

Azərbaycana daxil olan beynəlxalq trafik 8% azalıb, çıxış trafiki isə 14% artıb

Azərbaycana daxil olan beynəlxalq trafik 8% azalıb, çıxış trafiki isə 14% artıb
# 04 may 2012 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 mln. dəqiqə azalaraq 152,5 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 5,6 mln. dəqiqə artaraq 45,6 mln. dəqiqə təşkil edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ötən illə müqayisədə beynəlxalq çıxış trafiki 14% artıb, giriş trafiki isə 8% azalıb.

Ümumi çıxış trafikinin artımı «Azercell» mobil rabitə operatorunun beynəlxalq istiqamətlərə ötürülən trafikin hesabına baş verib: «Təhlillər göstərir ki, 2012-ci ilin I rübü ərzində «Azercell»dən ötürülən trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% (7,7 mln. dəqiqə) artıb. Lakin qeyd edək ki, 2011-ci ilin noyabr ayından başlayaraq Azərbaycana beynəlxalq giriş zəngləri azalmaqdadır. Beynəlxalq giriş zənglərinin azalmasının başlıca səbəbi ölkədə genişzolaqlı internetin inkişafı və bu xidmət üzrə tariflərin aşağı endirilməsi olub».

Qeyd edək ki, hazırda Azərbaycanda əhalinin hər 100 nəfərinə 18,6 ədəd telefon aparatı düşür. Bu göstərici Bakı şəhərində 36,4 ədəd, respublikanın digər ərazilərində 10,99 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir.

Eyni zamanda, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 136,5 ədəd, respublikanın digər ərazilərində isə 47,53 ədəddir.

Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR