Bank Of Baku

«KATV1» kabel televiziyası operatoru qoşulma haqqını azaldıb

«KATV1» kabel televiziyası operatoru qoşulma haqqını azaldıb
# 04 may 2012 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «KATV1» kabel televiziyası operatoru əlavə televizorun rəqəmsal baza paketinə qoşulma haqqını iki dəfədən çox endirib.
«KATV1» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, əgər bundan öncə əlavə televizorun rəqəmsal baza paketinə qoşulma haqqı 9 manat təşkil edirdisə, hazırda bu qiymət 4 manata endirilib. Sözügedən endirim rəqəmsal yayıma keçmə strategiyası çərçivəsində həyata keçirilib. Hazırda «KATV1»in rəqəmsal baza paketinə 82 telekanal daxildir.
Qeyd edək ki, rəqəmsal yayım analoq yayımdan nəinki yüksək keyfiyyətli görüntü və səsi ilə, həmçinin əlavə televiziya paketlərinə qoşulma, EPG-dən (elektron proqram bələdçisi) istifadə və s. imkanları ilə fərqlənir. Eyni zamanda, «KATV1»in rəqəmsal paketinə qoşulan abunəçilər aylıq abunə haqqını bir sıra bankın filiallarında, universal ödəmə kartları, ödəmə terminalları və internet vasitəsilə ödəyə bilər.
Xatırladaq ki, hazırda ölkə üzrə «KATV1» kabel televiziyası operatorunun 12 ofisi fəaliyyət göstərir. Onlardan 8-i Bakıda, 2-si Xırdalan və Mingəçevirdə, 2-si isə Gəncədə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR