Bank Of Baku

“Akkord” Xocalı məktəbliləri üçün məktəb binası inşa edib - FOTO

“Akkord” Xocalı məktəbliləri üçün məktəb binası inşa edib - <font color=red>FOTO</font>
# 05 may 2012 16:07 (UTC +04:00)
Bakı - APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin öz yurd-yuvasından didərgin düşmüş Xocalı sakinlərinə qayğısı davam edir.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Şuşa şəhərinin işğalının 20-ci ildönümü ərəfəsində korporasiyanın həyata keçirdiyi tədbir Sabunçu rayonunun Qızılqum qəsəbəsində məskunlaşmış xocalılar üçün yeni məktəb binasının açılışı ilə bağlı olub.

Uzun illər ərzində yararsız vəziyyətdə olan köhnə məktəbin yaxınlığında yeni məktəb binasının inşaat işlərinə “Akkord” iki ay əvvəl başlayıb. Qısa müddət ərzində ümumi sahəsi 225 m2 olan 8 sinif otağı, bir kitabxana və müəllimlər otağı tikilərək başa çatdırılıb. Bununla yanaşı, ərazidəki köhnə məktəb binasında da təmir işləri aparılıb, ümumi sahəsi 2400 m2-ə yaxın olan məktəbyanı sahədə yaşıllaşdırma və abadlıq işləri görülüb. Yeni məktəb binasını tamamladıqdan sonra korporasiya sinif otaqlarının partalar, yazı taxtası və s. məktəb avadanlıqları ilə təmin olunmasını da həyata keçirib. Ümumilikdə məktəbin tikintisinə 100 min manata yaxın vəsait sərf olunub.

Bu gün korporasiyanın rəsmiləri, Xocalı rayon icra hakimiyyətinin Şahmar Usubov, Milli Məclis deputatı Elman Məmmədov, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Şükürov, Xocalı şəhər icra nümayəndəsi Sovet Allahverdiyev və Xocalı şəhər 2 saylı tam orta məktəblinin müəllim və şagird kollektivi məktəb binasının açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər “Akkord”un baş direktoru Xaqani Quluzadəyə və bütün “Akkord” kollektivinə minnətdarlıqlarını bildiriblər.

Xocalı şəhər 2 saylı tam orta məktəblinin direktoru Fiqurə Rüstəmova onlara göstərilən bu etimada təhsildə əldə edəcəkləri nailiyyətlərlə cavab verəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR