Bank Of Baku

Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi hazırlanıb
# 07 may 2012 07:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin növbəti oxunuşuna təqdim ediləcək.

APA-Economics”in xəbərinə görə, bunu bu gün Bakıda keçirilən beynəlxalq standartlaşdırma prosesində iştirak imkanlarının gücləndirilməsinə dair seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma departamentinin direktoru Namiq Tağıyev bildirib.

Onun sözlərinə görə, hazırda layihə Prezident Administrasiyasına təqdim olunub və orada müzakirə edilir: “Yaxın vaxtlarda qanun layihəsinin Milli Məclisin növbəti oxunuşuna çıxarılacağı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR