Bank Of Baku

Azərbaycanda baş verən güclü zəlzələ Zaqatala beynəlxalq hava limanının işinə təsir göstərməyib

Azərbaycanda baş verən güclü zəlzələ Zaqatala beynəlxalq hava limanının işinə təsir göstərməyib
# 07 may 2012 07:56 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, baş vermiş zəlzələ Zaqatala aeroportunun binasına ciddi təsir etməyib: «Zəlzələ nəticəsində aeroport binasının bəzi yerlərində suvaq çatlayaraq tökülüb, 3 elektron qapı sıradan çıxıb, xəsarət alan olmayıb. Hava nəqliyyatının hərəkətini tənzimləyən dispetçer binası və uçuş-enmə zolaqları təsirsiz ötüşüb və aeroport təyyarələri qəbul etmək və yola salmağa hazırdır. Bugünkü Bakı-Zaqatala-Bakı aviareysi adi qaydada yerinə yetiriləcək».

Qeyd edək ki, Bakıdan Zaqatalaya uçuşlar hər həftənin I və V günləri saat 15:00-da yerinə yetirilir.

Xatırladaq ki, bu gün saat 09:40 radələrində Zaqatala rayon mərkəzindən 17 km cənub-qərbdə 5,5 maqnitudada (12 ballıq şkala üzrə 7 bala yaxın), 10-12 km dərinlikdə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda, habelə, Gəncə-Qazax, Mərkəzi Aran, Qarabağ və bölgələrdə də hiss olunub.

Tikililərdə dağıntı var.

İnsan itkisi yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR