Bank Of Baku

Bakıda 2014-cü ilədək 17 yeni yol qovşağı inşa olunacaq

Bakıda 2014-cü ilədək 17 yeni yol qovşağı inşa olunacaq
# 07 may 2012 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı»nda 17 ədəd yeni yol qovşağının, 75 ədəd piyada keçidinin, yeni avtomobil yollarının, avtomobillər üçün parklanma yerlərinin tikilməsi və mövcud yol qovşaqlarının təmiri nəzərdə tutulub.

«APA-Economics»in YAP-ın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Tədbirlər Planına uyğun olaraq, 2011-ci il ərzində Heydər Əliyev Hava Limanı-Mərdəkan-Bilgəh-Novxanı-M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsinin icrası davam etdirilib: «Heydər Əliyev Hava Limanı-Bilgəh avtomobil yolu üzərində Hava Limanı, Binə və Buzovna yol qovşaqlarının, bu yolun 1,6 kilometrində yeraltı və 4,4 kilometrində yerüstü piyada keçidlərinin, üç səviyyəli Mərdəkan qovşağının, yolun 11 və 12-ci kilometrlərində isə piyada keçidlərinin tikintisi başa çatdırılaraq istismara verilib. Buzovna-Mərdəkan-Qala, Bakı-Ələt yolunun 2-4 km sahəsi (Bayıl qəsəbəsindən Bayraq Meydanına gedən yol), Zığ qəsəbəsi-Hava Limanı avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yollarının tikintisi davam etdirilir».

Z.Məmmədov onu da qeyd edib ki, hazırda Böyük-Şor yol qovşağının III mərhələsinin, Ziya Bünyadov prospektinin yenidən qurulması və bu prospekt üzərində 4 yol qovşağının və dəmir yolu üzərindən keçən mövcud körpünün, həmçinin Qələbə meydanında («Gənclik» metro stansiyası) yol qovşağının tikintisi və təmiri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR