Bank Of Baku

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı növbəti tender keçiriləcək

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı növbəti tender keçiriləcək
# 07 may 2012 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın günlərdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisinin quru hissəsində tikinti və avadanlıqların təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədilə tender keçiriləcək. «APA-Economics»in YAP-ın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda su nəqliyyatının daha da inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə 2 bərə alınaraq istismara verilib, 2 ədədinin isə Xorvatiyanın Pula şəhərində tikintisi davam etdirilib, bir ədəd üzən dokun hazırlanması üçün sifariş verilib: «Bundan əlavə, «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyinin yeni əraziyə köçürülməsi ilə bağlı işlər davam etdirilib, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin daxili imkanları hesabına Zığ quru yük limanı məntəqəsinin yanında yeni avtomobil bazasının tikintisi həyata keçirilib».

Z.Məmmədov onu da bildirib ki, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və Bakı-Ələt avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi işlərinə başlanılıb: «Hazırda liman akvatoriyasında Hollandiyanın «Van Oord» şirkəti tərəfindən dibdərinləşdirmə işləri aparılır. Yaxın günlərdə limanın ərazisinin quru hissəsində tikinti və avadanlıqların təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədilə tender keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR