Bank Of Baku

BTQ-nin Axalkalaki stansiyasının və Türkiyə-Gürcüstan sərhədində tikiləcək yeni tunelin layihələndirilməsi işləri başa çatdırılıb

BTQ-nin Axalkalaki stansiyasının və Türkiyə-Gürcüstan sərhədində tikiləcək yeni tunelin layihələndirilməsi işləri başa çatdırılıb
# 07 may 2012 15:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Axalkalaki stansiyasının və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4,2 km uzunluğunda tunelin layihələndirilməsi işləri başa çatdırılıb.

«APA-Economics»in YAP-ın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanda dəmir yollarının inkişafına 10,8 mln. manat vəsait sərf olunub. Dəmir yolunda 32,7 km yol əsaslı təmir edilib, 23,6 km calaqsız rels quraşdırılıb, 5 ədəd elektrik və 2 ədəd dizel lokomotivləri, 290 ədəd sərnişin vaqonu, 5 662 ədəd müxtəlif çeşidli yük vaqonları təmirdən keçirilərək istismara verilib.

«Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə işlər davam etdirilib, hazırda yolun Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası və Kartsaxidə stansiya binasının, yolun 101-103 km-lik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün tikintisi həyata keçirilir. Həmçinin Axalkələk stansiyasının və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4,2 km uzunluğunda tunelin və Axalkələk stansiyasının layihələndirilməsi işləri başa çatdırılıb. Eyni zamanda bu dövrdə yolun 153 km-lik Marabda-Axalkalaki sahəsinin 3 mərhələdən ibarət reabilitasiya və rekonstruksiyanın I mərhələsində işlər davam etdirilib», - deyə Z.Məmmədov bildirib.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR