Məhkəmə “Azercell Telekom”un şikayətini təmin edib
08 may 2012 12:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə “Bakcell” MMC və “Azercell Telekom” MMC şirkətlərinin kasasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən “Azercell Telekom” MMC-nin kasasiya şikayəti təmin olunub.
Qeyd edək ki, əvvəlcə “Bakcell” MMC “Azercell Telekom” MMC ilə aralarındakı operatorlararası ara bağlantı tarifi üzrə müqaviləyə əlavənin bağlanmış hesab olunması, qarşılıqlı hesablaşma aktlarının etibarsız sayılması və vurulmuş zərərin tələb edilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. İddiada göstərilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2009-cu aprel ayından etibarən ara bağlantı tarifinin 2 qəpik səviyyəsində tətbiq edilməsi barədə qərar qəbul edib. Lakin “Azercell Telekom” MMC tarif qiymətini dəyişdirməyib. Bunun nəticəsində şirkətə maddi ziyan dəyib.
Məhkəmə “Bakcell” MMC-nin şikayətini təmin edərək ara bağlantı tarifinin 2009-cu ilin aprelindən etibarən 1 dəqiqəsi 2 qəpikdən hesablanmasını və “Azercell Telekom” MMC tərəfindən iddiaçıya yaranmış borcların ödənilməsi barədə qərar qəbul edib. Bundan narazı qalan “Azercell Telekom” MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qismən ləğv edərək yeni qərar çıxarıb. Həmin qərarla razılaşmayan şirkətlər isə kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

İnfrastruktur
ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
17:03
10 may 2024
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:48
10 may 2024
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
14:49
10 may 2024
Səfir: Türkiyə şirkətləri bundan sonra da Qarabağda quruculuq işlərində fəal iştirak edəcək
12:34
10 may 2024