Bank Of Baku

Azərbaycan paytaxtında avtobuslarda POS-terminalların quraşdırılmasına başlanıb

Azərbaycan paytaxtında avtobuslarda POS-terminalların quraşdırılmasına başlanıb
# 10 may 2012 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtının yol-nəqliyyat infrastrukturu kompleks şəkildə təmir olunur. “APA-Economics”in xəbərinə görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda şəhərin bir çox yollarında həm nazirlik, həm də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenidənqurma işləri aparılır.

“Hər rübdən bir proqrama uyğun olaraq yolları bərpa edirik. Bu zaman su və kanalizasiya xətləri müvafiq qurumların iştirakı ilə dəyişdirilir” - deyə nazir qeyd edib.

Z.Məmmədov Bakı şəhərində avtobuslarda POS-terminalların quraşdırılmasına başlandığını da söyləyib: “London taksilərinin əksəriyyətində POS-terminal var. İstər turistlər, istərsə də yerli əhali gediş haqqını kartlar vasitəsilə ödəyə bilər. Ümumiyyətlə, ictimai nəqliyyat mərhələli şəkildə yaxşılaşdırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR