Bank Of Baku

Bakı-Quba-Rusiya sərhədi magistralında yeni yol ötürücüsü istifadəyə verilib - FOTO

Bakı-Quba-Rusiya sərhədi magistralında yeni yol ötürücüsü istifadəyə verilib - <font color=red>FOTO</font>
# 10 may 2012 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı-Quba-Rusiya sərhədi yolunun 89-cu km-liyində yeni yol ötürücüsü istifadəyə verilib. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Siyəzən rayonu ərazisində yerləşən yol ötürücünün inşasına 2011-ci ilin oktyabr ayında başlanıb və bu gün artıq yol ötürücüsü istismara verilib: «Yol ötürücüsünün uzunluğu 54,15 metr, hərəkət hissəsinin eni 14 metr, yol ötürücüsünə giriş və çıxışın uzunluğu isə 525 metr təşkil edir. Yeni inşa olunmuş yol ötürücüsü 3 dayaqdan və 2 aşırımdan ibarətdir».

P.Mürsəliyev onu da bildirib ki, yol ötürücüsü iki zolaqdan ibarətdir və onun istifadəyə verilməsi Bakı-Quba-Rusiya sərhədi magistralında avtomobillərin hərəkətini asanlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR