Bank Of Baku

Gömrük orqanlarında xidməti üzrə fərqlənən işçilərin təltifetmə mərasimi keçirilib - FOTOSESSİYA

Gömrük orqanlarında xidməti üzrə fərqlənən işçilərin təltifetmə mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 10 may 2012 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) gömrük orqanlarında xidməti üzrə fərqlənən işçilərin təltifetmə mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə DGK sədri Aydın Əliyev Azərbaycanın gömrük tarixindən, gömrük xidmətinin maddi-texniki təchizat bazasının mövcud vəziyyətindən danışıb.

Daha sonra DGK əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı sərəncamı oxunub. Sərəncama uyğun olaraq komitə sədri Aydın Əliyev «Azərbaycan Bayrağı» ordeni ilə, komitənin sədr müavinləri Səfər Mehdiyev və Nazim Məmmədov 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə, komitənin əməkdaşları Şahin Bağırov, Vüsal Novruzov və Vəzir Həsənov 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunublar.

Komitənin digər 36 əməkdaşı isə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR