Bank Of Baku

Abşeron, Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Abşeron, Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 10 may 2012 15:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Abşeron, Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən «Maştağa» anbarına su nəql edən 2 magistral xəttin birində yenidənqurma və təmir işləri aparılır. Bununla əlaqədar bu gün saat 22:00-dan may ayının 12-si saat 22:00-dək Abşeron rayonunun Bağlar massivinə, Digah, Mehdiabad, Goradil qəsəbələrinə, eləcə də Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR