Bank Of Baku

® “Euro-2012” oyunlarını izləməyə Azərbaycandan 20 “Hyundai” sahibi gedəcək - FOTO

<font color=red>® </font>“Euro-2012” oyunlarını izləməyə Azərbaycandan 20 “Hyundai” sahibi gedəcək - <font color=red>FOTO</font>
# 11 may 2012 07:45 (UTC +04:00)
“Avto Azərbaycan”dan “APA-Economics”ə verilən məlumata görə, 4 ildən bir bütün dünyanı həyəcana gətirən bu hadisənin canlı şahidləri arasına may ayında “Hyundai i40” modeli alanlar da qatılacaq.
“Euro-2012” təkcə dünyanın ən güclü və əfsanəvi komandalarının qarşılaşması kimi gözlənilmir. Bu il Avropa futbol çempionatı tarixində 3-cü dəfə 2 ölkə (bu dəfə Polşa və Ukrayna) birlikdə çempionata ev sahibliyi edəcək.
Avtomobil almaqda önə düşmüş 20 “Hyundai i40” sahibi 3 qrup oyunu və ya 1 ¼ final oyunu arasından istədiklərini seçə biləcək. “Hyundai”ın “avropalı” modelinin sahiblərinin hədiyyə paketinə oyun biletləri, təyyarə bileti və otel rezervasiyası daxildir. Çempionatı Ukraynada izləməyə gedəcək 8 nəfər artıq məlumdur.
i40 “Hyundai”ın Avropanı fəth etmək üçün istehsal etdiyi son modellərindəndir. Modeli şirkətin Almaniyada yerləşən araşdırma və inkişaf mərkəzi hazırlayıb. Buna görə də i40 tamamilə avropalıların keyfiyyətli və müasir “premium-klass avtomobil” təsəvvürlərinə cavab verir.
“Auto Azerbaijan” şirkəti 16 ildən artıqdır ki, fəaliyyət göstərir. Şirkət yüksək servis səviyyəsi, orijinal ehtiyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb və ölkənin avtomobil bazarının liderinə çevrilib. “Auto Azerbaijan” “Hyundai” brendindən başqa, “Chrysler Group” (“Dodge”, “Jeep”, “Chrysler”) avtomobillərinin və “Geely” markasının da eksklüziv distribyutorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR