Bank Of Baku

Azərbaycanda magistral yolun üzərindəki körpü qəzalı vəziyyətə düşüb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Azərbaycanda magistral yolun üzərindəki körpü qəzalı vəziyyətə düşüb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb
# 11 may 2012 09:48 (UTC +04:00)
Kürdəmir rayon 30 saylı Yol İstismar İdarəsinin rəisi Bəybala Eyyubov APA-ya bildirib ki, körpünün qəzalı vəziyyətə düşməsinə səbəb həm körpünün, həm də Ağsu-Bəhramtəpə yolunun istismar müddətinin başa çatması və ağır tonnajlı yük maşınlarının intensiv olaraq həmin yolla hərəkət etməsidir.

Körpü qəzalı vəziyyətə düşdüyündən avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Maşınların müvəqqəti hərəkəti üçün alternativ körpü salınır. Hazırda Yol İstismar İdarəsinin ağır texnikaları və işçi qüvvəsi ərazidə işləyir. Yaxın vaxtlarda dövlət vəsaiti hesabına magistral yolun əsaslı şəkildə yenidən qurulacağı və yeni körpünün inşa ediləcəyi gözlənilir.

Qeyd edək ki 1968-ci ildə inşa olunan körpü uzunluğu 24, eni 9 metr olmaqla 3 aşırımdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR