Bank Of Baku

Ötən ay «Azərsu»nun «Qaynar xətt»inə 343 müraciət daxil olub

Ötən ay «Azərsu»nun «Qaynar xətt»inə 343 müraciət daxil olub
# 11 may 2012 13:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayında «Azərsu» ASC-nin 955 nömrəli «Qaynar xətt»inə abunəçilər tərəfindən 343 müraciət daxil olub ki, bunun da əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilib.

«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, müraciətlərin təqribən 58,3%-i və ya 200-ü su xətlərindəki qəza ilə bağlı olub. Ötən ay «Azərsu»nun «Qaynar xətti»nə suyun verilməməsi ilə əlaqədar 93, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 50 zəng olub.

Apreldə suyun tərkibi ilə bağlı abunəçilər tərəfindən müraciət daxil olmayıb. Müraciətlərin sayı mart ayı ilə müqayisədə 126 zəng və ya 26,8% azalıb.

Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğac problemləri və ödənişlərlə bağlı «Qaynar xətt»ə edilən müraciətlər yerli Sukanal idarə və departamentlərinə yönləndirilir.

«Qaynar xətt»ə edilən 343 müraciətin hamısı müvafiq bölmələr tərəfindən araşdırılıb və problemlər həll edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR