Bank Of Baku

Yaxın günlərdə Azərbaycan hökuməti Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı xüsusi sərəncam qəbul edəcək

Yaxın günlərdə Azərbaycan hökuməti Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı xüsusi sərəncam qəbul edəcək
# 31 oktyabr 2012 13:20 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev məlumat verib.

İ.Əliyevin sözlərinə görə, bu sərəncamda Yüksək Texnologiyalar Parkının inşası üçün yerin ayrılması kimi vacib məsələlər əksini tapacaq: «Sərəncamın noyabr ayının 5-dək imzalanacağı gözlənilir».

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı Azərbaycanda alternativ enerji sektorunun inkişaf etdirilməsi məqsədi ilə yaradılır. Burada yüksək texnologiyalarla təchiz olunacaq 15 zavod fəaliyyət göstərəcək. Parkda LED lampaları, şüşə, kiçik turbin və alternativ enerji sahəsində istifadə olunacaq lazımi məhsullar istehsal olunacaq. Eyni zamanda, Azərbaycan gələcəkdə tikinti materiallarının istehsalında yaşıl texnologiyalardan istifadə etmək niyyətindədir. Ümumiyyətlə, 2020-ci ildə Azərbaycanda istehsal olunacaq ümumi enerjinin 20%-nin alternativ enerjinin payına düşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR