Bank Of Baku

Bakı aeroportundan ləngiyən bəzi aviareyslər yerinə yetirilib

Bakı aeroportundan ləngiyən bəzi aviareyslər yerinə yetirilib
# 01 noyabr 2012 10:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün səhər saatlarında Bakıda müşahidə olunan dumanlı hava şəraiti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşu ləngiyən aviareyslər artıq tədricən yerinə yetirilir. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından bildirilib ki, bu gün səhər saatlarında Bakıdan İstanbula (Türkiyə), Aktau və Atırauya (Qazaxıstan), Moskvaya (Rusiya, 3 aviareys), Naxçıvan və Gəncəyə aviareyslər ləngiyib: «Aviareyslərin ləngiməsinə səbəb dumanlı hava şəraiti olub. Buna baxmayaraq, ləngiyən aviareyslər tədricən yerinə yetirilir. Belə ki, artıq Bakı-Aktau, Bakı-Atırau, AZAL və «Aeroflot» aviaşirkətlərinin Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-Gəncə aviareysləri üzrə uçuşlar həyata keçirilib. Bakı-İstanbul aviareysi yaxın 1 saat ərzində yerinə yetiriləcək».

Aeroportda həmçinin əlavə ediblər ki, hazırda Rusiyanın «UTair» aviaşirkətinin Bakı-Moskva (Vnukovo hava limanı), Bakı-Nijni Novqorod və Bakı-Yekaterinburq aviareyslərində ləngimələr mövcuddur. Belə ki, sözügedən aviareyslər hələ Bakı hava limanına enməyib: «Bakıdan Nijni Novqoroda aviareysin nə vaxt yerinə yetiriləcəyi hələ məlum olmasa da, Bakı-Yekaterinburq aviareysi üzrə uçuş axşam saat 21:00-da həyata keçiriləcək».

Hava limanından verilən məlumata görə, bu gün əlverişsiz hava şəraiti nəticəsində Tümen-Bakı aviareysi üzrə uçan təyyarə də Heydər Əliyev Beynəlxalq Aeroportuna gecikmə ilə enib: «Bakıdan Tümenə aviareys cədvəl üzrə gələn həftənin III günü yerinə yetiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR