Azərbaycanda beynəlxalq İKT həftəsi başlayıb
Bu gün isə Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 47-ci iclası və RRB yanında MDB iştirakçı dövlətlərinin İnformatizasiya üzrə Koordinasiya Şurasının iclası keçirilib. İclasda RRB ölkələrinin rabitə və informatizasiya sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu gün həmçinin Bakıda «IGF-2012»nin rəsmi açılışı ərəfəsində İKT sahəsi üzrə nazirlər səviyyəsində görüş keçiriləcək. Burada beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur. Tədbir müasir, hiperbirləşmiş dünyada əmələ gələn problemlərin müzakirəsinə (Addressing the Challenges of a Hyperconnected World) həsr edilib. Müzakirələrin yekunu üzrə Bakı Bəyannaməsinin qəbul olunması gözlənilir.
Noyabrın 6-da IGF forumunda dünyanın müxtəlif ölkələrindən 1 500-dən çox nümayəndə heyətinin – dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin əsas mövzusu «Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması» (Internet Governance for Sustainable Human, Economic and Social Development) elan edilib. Müzakirə ediləcək məsələlər arasında internetin inkişafı hesabına dünya ictimaiyyəti qarşısında duran qlobal problemlər yer alıb. Forum iştirakçıları həmçinin kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz istifadə etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən keçirəcəklər.
Forumun gündəliyində «yeni media»nın rolu, internet-resurslara çıxışın bağlanması, yeni biznes-modellər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlar zamanı internetdən istifadə kimi nisbətən yeni mövzular da yer alıb.
Tədbir təşkilatçıları həmçinin virtual iştirakı da nəzərə alıb. Belə ki, forumu internet vasitəsilə (http://www.intgovforum.org/cms/) canlı izləmək mümkündür.
Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük tədbir olan «BakuTel» sərgisi isə bu il ümumilikdə 30 ölkənin 200 şirkətini bir araya gətirəcək. Avstriya, Kanada, Xorvatiya və Fransa sərgidə öz milli pavilyonları ilə çıxış edəcək.
«BakuTel-2012» sərgisi İKT texnologiyaları üzrə bütün aktual format və istiqamətləri nümayiş etdirməklə ziyarətçilər üçün dolğun və rəngarəng sərgi ekspozisiyasını təmin edəcək. Sərginin bu il təklif etdiyi yeniliklər arasında insanların ünsiyyəti üçün yeni-yeni imkanlar açan proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradio yayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları var. Həmçinin, müxtəlif mobil rabitə operatorlarının «Daşınan nömrələr» layihəsi, eləcə də təyyarələrin içində mobil rabitə üçün yeni həll variantları nümayiş etdiriləcək.
İnfrastruktur
UN-Habitat Qarabağda ilk dəfə ərazi planlaşdırılmasına cəlb olunacaq
Bakı–Naxçıvan–Bakı reysləri üzrə sərnişinlər üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib
Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm aviareys həyata keçirilib
Lavrov: Şimal–Cənub nəqliyyat dəhlizi layihəsində tezliklə irəliləyiş gözlənilir
Xəbər Lenti
Britaniyanın sabiq səhiyyə naziri Ues Stritinq müdafiə naziri təyin edilib
Əfqanıstanda şiddətli yağışlar nəticəsində 20 nəfər ölüb
İran ordusu Küveytdəki ABŞ bazasına raket zərbəsi endirdiyini açıqlayıb
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilir
HAMAS Qəzza və İordan çayının qərb sahili üçün liderlərini seçib
Leyboristlərin keçmiş lideri Ed Miliband xarici işlər naziri təyin edilib
Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb, 3 nəfər xəsarət alıb- FOTO - VİDEO - YENİLƏNİB4
CENTCOM: ABŞ qüvvələri Baş Komandanın göstərişi ilə İrana qarşı yeni hücumlara başlayıb
2027-ci ildə baş tutacaq G20 sammiti Mançesterdə keçirilə bilər
Hili Böyük Britaniyanın yeni maliyyə naziri təyin edilib
Yevgeni Xmara Ukraynanın müdafiə naziri vəzifəsini icra etməyə başlayıb
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
Zərdabda 3 yaşlı uşaq otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
BƏƏ sahilləri yaxınlığında daha bir gəminin vurulduğu bildirilir
ABŞ İranın dəniz blokadasını bərpa etdikdən sonra yeddi gəminin marşrutunu dəyişib
Fransanın iki diplomatı İranda saxlanılıb
Pentaqon İranın zərbələri nəticəsində İordaniyada iki ABŞ hərbçisinin həlak olduğunu təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
İspaniyanın mükafatı bəlli olub
FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başlayıb - VİDEO
Tramp: İran ABŞ əsgərini öldürərsə, əvəzini dəfələrlə ağır şəkildə ödəyəcək
ABŞ İranın Xomeyn şəhərində sənaye obyektinə zərbə endirib
Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib
Qubada avtomobil dirəyə çırpılıb, xəsarət alan var
MN nümayəndə heyəti Türkiyədə Yaşar Gülerlə görüşüb
ABŞ Livanın cənubunda "pilot zona" əməliyyatlarının başladığını elan edib
Sosial şəbəkədə özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsi barədə məlumatlar saxtadır - BİRGƏ MƏLUMAT
Küveyt İranın raket və PUA-larının hücumuna məruz qaldığını bildirib
“Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzində bu il 1400-dən çox şəhid ailəsi üzvü və qazi reabilitasiyaya cəlb olunub - FOTO
Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib
Expressbank 100 min manatadək lombard krediti təqdim edir
Baş Qərargah: Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində qalır
Tarix heç nəyi unutmur - Afaq Məsud
İranda məscidin imamına hücum edilib
Dəmirdən və poladdan çubuqlar və armaturlaşdırılmamış şüşələr üçün əlavə gömrük yığımları müəyyənləşib
Reuters: Vasitəçilər İran və ABŞ arasında 10 günlük atəşkəs təklif edib
Qazaxda ata və qızı göldə boğulub
Britaniyanın yeni Baş naziri ilk xarici zənglərini kimlərə edəcəyini açıqlayıb
Qaradağda avtomobildən 19 800 manat oğurlanıb
Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz yolu ilə hərəkətə qadağa qoyublar
Qubernator: Ukrayna Belqorodda sərnişin avtobusunu dronla vurub, 5 nəfər ölüb, 23 nəfər yaralanıb
Naxçıvanda bu il 64 cinayət işinin ibtidai istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
Almaniya Azərbaycana yeni səfir təyin edib
"Bir" və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Beynəlxalq axtarışda olan şəxs Serbiyada tutularaq Azərbaycana ekstradisiya edilib
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Qanunsuz estetik əməliyyat aparmaqda təqsirləndirilən kosmetoloq cərimə olunub, cinayət işinə xitam verilib
HƏMAS-ın yeni lideri seçilib
"TuranBank"ın Gəncə filialı artıq yeni ünvanda