Bank Of Baku

Elmir Vəlizadə: «Azərbaycanın İKT sektorunda sərmayələr qənaətbəxş səviyyədədir»

Elmir Vəlizadə: «Azərbaycanın İKT sektorunda sərmayələr qənaətbəxş səviyyədədir»
# 05 noyabr 2012 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İKT sahəsinə yatırılan investisiyaların səviyyəsi qənaətbəxşdir. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bəyan edib: «Lakin biz bu sərmayənin həcminin artırılması üçün müvafiq tədbirlər həyata keçiririk».

Nazir müavini qeyd edib ki, son bir neçə il ərzində Azərbaycanın İKT sahəsinə yatırılan investisiyaların həcmi 700 mln. manatdan artıq olub ki, bunun da 21%-ni xarici, qalan hissəsini isə yerli sərmayələr təşkil edib.

E.Vəlizadə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin son illər ərzində bu sahəyə investisiya yatırmaq maraqları artıb: «Eyni zamanda, Azərbaycan hökuməti yeni investisiyaların cəlb edilməsinə daim dəstək verir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR