Bank Of Baku

ABŞ Dövlət Departamentinin rəsmisi Filip Verveyer: «IGF-in Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir»

ABŞ Dövlət Departamentinin rəsmisi Filip Verveyer: «IGF-in Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir»
# 05 noyabr 2012 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu həftə Bakıda təşkil olunacaq İnternet İdarəetməsi Forumu (Internet Governance Forum - IGF) çərçivəsində keçiriləcək «online» KİV-in təhlükəsizliyinə həsr olunan beynəlxalq forumun nəticələrindən çox şey gözləyirik. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin informasiya-kommunikasiya məsələləri üzrə əlaqələndiricisi Filip Verveyer bildirib.

Onun sözlərinə görə, noyabrın 6-da işə başlayacaq forumda internet təhlükəsizliyi, terror məqsədləri ilə istifadənin qarşısının alınması kimi məsələlər müzakirə olunacaq.

«Azərbaycanda bütün sahələr yüksək səviyyədə inkişaf edib və dünyada söz sahibinə çevrilən aparıcı ölkələr sırasındadır. Odur ki, dünya üçün aktual olan belə bir möhtəşəm tədbirin məhz Azərbaycanda keçirilməsi də onun təkcə regionda deyil, eyni zamanda dünyada artan nüfuzunun göstəricisidir. Bu gün dinamik inkişaf edən Azərbaycan dünyanı düşündürən bir çox qlobal məsələlərin həllinə çalışır və dünya miqyaslı layihələrin reallaşmasına öz töhfəsini verir», - deyə F.Verver bildirib.

ABŞ Dövlət Departamentinin rəsmisi onu da qeyd edib ki, bu tədbir Azərbaycanla yanaşı, ABŞ-a da internet problemlərinin aradan qaldırılmasına və gələcək işlərin düzgün qurulmasına dəstək verəcək.

Qeyd edək ki, noyabrın 6-9-da Bakı keçiriləcək IGF Azərbaycan hökuməti ilə yanaşı, Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR