Bank Of Baku

Bakıda «Əlaqəli dünyada çağırışlara ünvanlanmaq» devizi ilə rabitə nazirlərinin görüşü keçirilir

Bakıda «Əlaqəli dünyada çağırışlara ünvanlanmaq» devizi ilə rabitə nazirlərinin görüşü keçirilir
# 05 noyabr 2012 14:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Noyabrın 6-9-da Bakıda keçiriləcək Beynəlxalq İnternet Forumu (IGT-2012) ərəfəsində bu gün «Əlaqəli dünyada çağırışlara ünvanlanmaq» devizi ilə tədbirə qatılan nazirlərin yüksək səviyyəli görüşü işə başlayıb.

«APA-Economics»in məlumatına görə, görüşdə müxtəlif ölkələrin rabitə və informasiya texnologiyaları nazirliklərinin rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda rabitə və İT sahəsinin uğurla inkişaf etdiyini, internetin inkişafına şərait yaradıldığını, eləcə də internetin təhlükəsizliyinin qorunduğunu bildirib.

Tədbirin sonunda Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR