Bank Of Baku

«Azerfon» şirkətinin «On air» xidmətindən ilk dəfə Azərbaycan prezidenti istifadə edib

«Azerfon» şirkətinin «On air» xidmətindən ilk dəfə Azərbaycan prezidenti istifadə edib
# 06 noyabr 2012 06:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu xidmət sərnişinlərə təyyarənin göyərtəsində olarkən mobil telefon danışıqları aparmağa imkan verir.

Xidmətdən ilk dəfə sərginin açılış mərasimində iştirak edən prezident İlham Əliyev və Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov istifadə ediblər. Sərgi çərçivəsində şirkətin stendinə baş çəkən dövlət başçısı bu xidmət vasitəsilə Bakı-Paris aviareysi ilə uçan Toğrula videozəng edib. Həmin vaxt təyyarə Qara Dəniz üzərində olub.

Şirkətin strateji inkişaf üzrə direktoru Leyla Nəsrullayeva «APA-Economics»ə bildirib ki, yeni xidmət ilk növbədə «AZAL» aviaşirkətinin təyyarələrində tətbiq olunacaq. Bu aviaşirkətin Bakıdan London, Paris, Dubay, Moskva və s. şəhərlərə reyslərində sərnişinlər təyyarələrdə mobil telefonla danışacaqlar. İlin sonunadək bu sistem «AZAL»ın 9 aerobusunda, gələn il daha 4 aerobusda, eləcə də 3 «Boeing Dream Liner» təyyarələrində quraşdırılacaq. Təyyarədə mobil telefonla danışıq haqqı təyyarənin hara uçmasından və danışıq zamanı harada olmasından asılı olmayaraq I zonanın tarifi ilə, yəni 1 dəqiqə üçün 1,75 manat təşkil edəcək.

L.Nəsrullayeva qeyd edib ki, gələcəkdə «Nar Mobile» bütün MDB məkanındakı aviaşirkətlərə bu xidməti təqdim etmək niyyətindədir. Yəni, bütün aviaşirkətlərin sərnişinləri «Nar Mobile» vasitəsilə danışa biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR