Bank Of Baku

Bakıda İnternet İdarəçilik Forumu başlayıb

Bakıda İnternet İdarəçilik Forumu başlayıb
# 06 noyabr 2012 08:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, forumda müxtəlif ölkələrdən 1 500-dən çox nümayəndə heyəti, o cümlədən dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələri iştirak edirlər.

Tədbirin əsas mövzusu «Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması» («Internet Governance for Sustainable Human, Economic and Social Development») elan edilib. Müzakirə ediləcək məsələlər arasında internetin inkişafı hesabına dünya ictimaiyyəti qarşısında duran qlobal problemlər yer alıb. Forum iştirakçıları həmçinin kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz istifadə etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən keçirəcək.

Noyabrın 9-dək davam edəcək forumun gündəliyində «yeni media»nın rolu, internet-resurslara çıxışın bağlanması, yeni biznes-modellər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlar zamanı internetdən istifadə kimi nisbətən yeni mövzular da yer alıb.

Forumu internet vasitəsilə (www.intgovforum.org/cms/) canlı izləmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR