Bank Of Baku

2026-cı ilə qədər Füzulinin 10 kəndinin bərpası nəzərdə tutulur - FOTO

2026-cı ilə qədər Füzulinin 10 kəndinin bərpası nəzərdə tutulur - FOTO
# 12 aprel 2023 16:28 (UTC +04:00)

Yaxın zamanlarada Füzuli Şəhər Xəstəxanasının, Mərkəzi Parkın, Füzuli uşaq bağçasının inşasına başlanılacaq.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, paralel olaraq Pirəhmədli, Dədəli və Dövlətyarlı kəndlərinin tikinti işlərinə qısa müddətdə başlanılacaq:

"2026-cı ilə qədər ümumilikdə 10 kəndin bərpası nəzərdə tutulur. Füzuli şəhərində artıq MİDA tərəfindən ilk yaşayış məhəlləsinin salınması işləri çox sürətlə gedir. Həmçinin Özbəkistan Respublikası tərəfindən 960 yerlik məktəb binasının, Qazaxıstan Respublikası tərəfindən isə Kurmanqazı adına Uşaq Yaradıcılıq mərkəzinin tikintisi davam etdirilir. MİDA tərəfindən inşa olunan məhəllə 846 mənzildən ibarətdir. Ümid edirik ki, 2024-cü ildə Füzuli şəhərinə ilk keçmiş məcburi köçkünlər köçəcək. Bunun üçün bütün infrastruktur yaradılacaq. 846 mənzilə 3000-ə yaxın məcburi köçkünün köçürülməsi nəzərdə tutulub. 2026-cı ilə qədər Füzuli şəhərinə təxminən 8 min, ümumilikdə Füzuli rayonuna isə 22 minə yaxın keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır".

Habil Aslanoğlu

Çingiz Səfərli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR