Bank Of Baku

206 nömrəli avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək

206 nömrəli avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək
# 13 iyun 2022 11:35 (UTC +04:00)

14 iyun tarixindən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR