“Agentlik fəaliyyətə başlayandan bu günə qədər 8 layihənin icrasına başlayıb, bunlardan 4-ü başa çatıb”.
APA xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında R.İ.S.K elmi istehsalat şirkətinin icraçı direktoru Rüfət Quliyev deyib.
O qeyd edib ki, bununla yanaşı, qeyd edilən layihələrdə 13 sosial obyekt istifadəyə verilib: “25 min vətəndaş artıq güzəştli mənzil sistemində qeydiyyatdan keçib”.