“28 May”da avtobusların hərəkət sxemləri dəyişdirilir

“28 May”da avtobusların hərəkət sxemləri dəyişdirilir
# 19 iyun 2024 12:50 (UTC +04:00)

“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.

"APA-Economics" xəbər verir ki, dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir.

  • 1, 46, 125H1 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi 28 May küçəsində (S.Vurğun bağı);
  • 21, 30, 32, 49175 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Dilarə Əliyeva küçəsində (S.Vurğun bağı);
  • 1488A nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişmədə)
  • 4, 588 nömrəli avtobus marşrutlarının aralıq dayanacaq məntəqəsi Azadlıq prospektində (ADNSU-nun yanı) təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR