Bank Of Baku

Abşeron rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Abşeron rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
# 01 sentyabr 2022 12:00 (UTC +04:00)

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, 02.09.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Novxanı” və “Mehdiabad” QPS-lərdən, “SOCAR PETROLEUM” QSC-yə məxsus 20 saylı yanacaq doldurma məntəqəsi ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Abşeron rayonunun Novxanı kəndinin, Bağlar massivinin və Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR