Bank Of Baku

ADY: Azərbaycanla İran arasında baş verənlər yükdaşımalara təsir etməyib

ADY: Azərbaycanla İran arasında baş verənlər yükdaşımalara təsir etməyib
# 10 aprel 2023 15:06 (UTC +04:00)

Azərbaycanla İran arasında baş verən son hadisələr iki ölkə arasındakı yükdaşımalara təsir etməyib, əksinə yükdaşımalar 2 dəfə artıb.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin yükdaşımalar departamentinin rəisi Emil Əhmədov açıqlaması zamanı bildirib.

"Çünki kifayət qədər tələbat var. Ona müvafiq olaraq yükləmə-boşaltma işlərini həyata keçirən işçilərin sayı artırılıb, nəticədə, iki dəfə artım var. Bu, həm Azərbaycan-İran, həm də Şimal-Cənub istiqamətində, yəni şimaldan cənuba və cənubdan şimala daşımalarda artım qeydə alınıb",- deyə Emil Əhmədov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR