Bank Of Baku

ADY: Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib

ADY: Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib
# 17 aprel 2023 15:11 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21, 23 və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib.

APA-Economics” xəbər verir ki, 21 aprel tarixində Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 12:45-də mənzil başına çatacaq.

Eyni zamanda 23-24 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib. Belə ki, müvafiq tarixlərdə Bakıdan saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR