Bank Of Baku

ADY-nin qatarlarına hərəkətdə olarkən daş atılıb, pəncərə sınıb - FOTO

ADY-nin qatarlarına hərəkətdə olarkən daş atılıb, pəncərə sınıb - FOTO
# 31 oktyabr 2025 10:49 (UTC +04:00)

Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

Xatırladaq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada aşkar edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır.

“ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR