Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə azaldılacaq.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpası başa çatdıqdan sonra Xırdalan-Bakı istiqamətində səfər müddəti yenidən 26 dəqiqə olacaq.
Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
Beləliklə, şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəlib.
Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz:
https://ticket.ady.az/az/yeni-hereket-cedveli