Azərbaycan üzərindən ən çox yükdaşımalar Şimal-Cənub və Şimal-Qərb marşrutunda qeydə alınıb.
"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin yükdaşımalar departamentinin rəisi Emil Əhmədov açıqlaması zamanı bildirib.
"Biz ötən ili də qənaətbəxş nəticələrlə başa vurmuşuq. Ötən il ümumilikdə 18 milyon 731 min ton yük daşımaqla ondan əvvəlki dövrə nisbətən 3 milyon 730 min ton artıq yükdaşıma həyata keçirmişik. Bu vaqonlar Şimal-Cənub və Şərq-Qərb marşrutuna alternativ olaraq İran Astarasından da olan yüklərin daşınmasında istifadə olunacaq", - deyə Emil Əhmədov vurğulayıb.