Bank Of Baku

Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO

Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
# 02 aprel 2026 11:51 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC tikintisi davam edən Ağdam-Xankəndi dəmir yolu ilə bağlı video paylaşıb.

"APA-Economics" xəbər verir ki, paylaşımda 3 stansiya (Əsgəran, Xocalı və Xankəndi) ilə bu xəttin ən müasir standartlar əsasında ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcəyi qeyd olunub.

Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Bu dəmir yolu xətti boyunca 124 ədəd mühəndis qurğusunun, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR