Ağsu aşırımında torpaq sürüşməsi nəticəsində dağılan yol bərpa olunur.
APA-nin Şirvan bürosu xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımının güclü yağışdan sonra dağılan 147-ci kilometrliyində təmir işləri başlanıb.
Hazırda sürüşmə hissəsində torpaq qatı təmizlənir.
Daha sonra yol asfaltlanacaq.