Bank Of Baku

ANAMA “Azərişıq”la əməkdaşlığa başlayıb

ANAMA “Azərişıq”la əməkdaşlığa başlayıb
# 17 aprel 2023 13:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) istiqamətində digər qurumlarla birgə fəaliyyətini davam etdirir.

"APA-Economics" xəbər verir ki, bu sahədə növbəti əməkdaşlıq “Azərişıq” ASC ilə olub. Belə ki, “Azərişıq” ASC tərəfindən abonentlərə təqdim olunan enerji istehlakına dair bildiriş qəbzlərinin arxa hissəsində ANAMA ilə razılaşdırılmış xəbərdaredici və maarifləndirici məlumatların çap edilməsinə başlanılıb.

Qeyd olunmuş xəbərdaredici qəbzlər Şuşa, Ağdam, Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi, Goranboy, Göygöl, Daşkəsən, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Tərtər və Bərdə rayonlarını əhatə edəcək.

Ümumilikdə müharibədən sonrakı dövrdə 393 000-dən çox insan ANAMA PSTM fəaliyyətindən faydalanıb. Həmçinin, dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin Təlimi” maarifləndirmə proqramı davam etməkdədir.

Qeyd edək ki, ötən ildən etibarən Beyləqan, Füzuli, Zəngilan və Göygöl ərazilərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqələrində təqdim olunan ödəniş qəbzlərinin üzərində “Səni evdə gözləyən var. Minalar barədə məlumatlı ol, həyatını təhlükəyə atma!” mesajları yayımlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR