Bank Of Baku

ANAMA BMT ilə birgə yol xəritəsi hazırlayacaq

ANAMA BMT ilə birgə yol xəritəsi hazırlayacaq
# 12 aprel 2022 11:29 (UTC +04:00)

BMT-nin İnkişaf Proqramı ANAMA ilə birgə əməkdaşlığın növbəti mərhələlərini özündə ehtiva edən yol xəritəsi hazırlayacaq.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMTİP-nin müvəqqəti işlər vəkili Suxrob Xojimatov deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdən bir sıra müraciətlər var və BMTİP çalışır ki, maraqları nəzərə alaraq əməkdaşlıqları yol xəritəsində əks etdirsin.

“Yol xəritəsindən danışdıqda sözsüz ki, bu, ANAMA-nın daha müasir texnologiyalar, daha müasir standartlardan istifadə edərək minatəmizləmə işləri aparmasından ibarətdir. Çünki ənənəvi üsullarla, əvvəlki üsullarla minatəmizləmə işlərinin aparılması effektivliyi daha az edir. Müasir üsullar bunu daha da sürətləndirir. Bilirsiniz ki, ANAMA artıq dronlardan istifadə edir, rəqəmsal texnologiyaların tətbiqi var. Bütün bunları özündə əks etdirən yol xəritəsi olacaq ki, bu da ANAMA-ya keyfiyyət baxımından daha genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılmasına kömək edəcək”, - Suxrob Xojimatov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR