Bank Of Baku

Anar Quliyev: Ölkə üzrə 16 baş plan üzərində iş gedir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev

© APA | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev

# 12 dekabr 2024 13:28 (UTC +04:00)

Son 6 ildə 26 baş plan hazırlanıb və təsdiq olunub.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda komitə bütün ölkə üzrə 16 baş plan üzərində çalışır: “9 plan artıq yekunlaşmaq üzrədir. Müvafiq qurumlarla razılaşma əldə olunub. Nazirlər Kabinetinə təsdiq üçün təqdim olunacaq”.

Onun sözlərinə görə, İsmayıllı şəhərinin baş planı da bunlardan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR