Bank Of Baku

"Apple" 2025-ci ildə pilotsuz avtomobil buraxmağı planlaşdırır

"Apple" 2025-ci ildə pilotsuz avtomobil buraxmağı planlaşdırır
# 19 noyabr 2021 12:08 (UTC +04:00)

"Apple" şirkəti özü idarə olunan avtomobili planlaşdırılandan 1-2 il əvvəl buraxmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" şirkətdəki mənbələrə istinadən yazır.

Məlumata görə, korporasiya artıq 2025-ci ildə sözügedən pilotsuz avtomobilin istehsalına başlamaq niyyətindədir.

Qeyd edək ki, korporasiya pilotsuz avtomobil istehsalına 5-7 ildən sonra başlamağı planlaşdırırdı, lakin hazırda şirkət daxilində avtomobilin artıq 2025-ci ildə satışa çıxarılacağından danışırlar.

Xatırladaq ki, daha əvvəl "Reuters" agentliyi "Apple"ın özü idarə olunan avtomobillərin istehsalına 2024-cü ildə başlayacağını yazırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR