Bank Of Baku

“Arpaçay-1” və “Arpaçay-2” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

“Arpaçay-1” və “Arpaçay-2” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
# 07 aprel 2023 10:15 (UTC +04:00)

07 aprel 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində Arpaçay su anbarında gücü 20,5 MVt “Arpaçay-1” SES və gücü 1,4 MVt “Arpaçay-2” KSES istismara verilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, "Arpaçay-1" SES-də 2021-ci ildə 33,4 mln. kVt/saat, 2022-ci ildə 26,1 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 01 aprel tarixinədək stansiyada ümumilikdə 434 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

“Arpaçay-2” KSES-də isə 2021-ci ildə 0,9 mln. kVt/saat, 2022-ci ildə 0,8 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 01 aprel tarixinədək “Arpaçay-2” KSES-də elektrik enerjisi istehsalı 10,2 mln. kVt/saat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR