Bank Of Baku

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmaları artıb

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmaları artıb
# 18 aprel 2023 14:10 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 28,4 mln. ton yük, 369 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 3% və 23,8% artım qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 95,5%-i avtobus, 4,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR