Şuşa şəhərinin əsas enerji təchizatının ən etibarlı və müasir formada qurulması üçün işlər sürətlə davam edir.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.
A. Kərimov qeyd edib ki, “Azərişıq” ASC tərəfindən eyni zamanda hər biri 5 MV olan 5 transformator yarımstansiyası tikilir, boru içində ümumi uzunluğu 30 km olan 35 kV yeraltı kabellər çəkilir.