Bank Of Baku

Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsait açıqlanıb

Azad edilmiş ərazilərdə yolların çəkilişinə xərclənən vəsait açıqlanıb
# 28 mart 2022 15:00 (UTC +04:00)

Ötən il işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına xərclənən vəsait məlum olub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatı”nda yer alıb.

Hesabatda qeyd edilib ki, 1590, 3 milyon manat işğaldan azad edilmiş ərazilərdə yerinə yetirilən 16 avtomobil yolu layihəsinin icrasına və bu ərazilərdə istifadə etmək üçün maşın-mexanizm alınması üçün sərf edilib.

Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə ayrılmış vəsait hesabına isə 2021-ci ildə Naftalan şəhərində, Goranboy, Daşkəsən və Tərtər rayonlarında ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 ədəd körpü bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR